Aybaşı zamanı cinsi əlaqə olarmı?

19 Sentyabr 2019 Kateqoriya: Aybaşı Müəllif:
Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 33483
Aybaşı zamanı cinsi əlaqə olarmı foto
4.6/5 - (8 votes)

Aybaşı – qadın fiziologiyasının normal bir hissəsidir. Menstruasiya zamanı cinsi əlaqə bəzi ölkə və mədəniyyətlərdə qadağa sayılır. Lakin biz adət-ənənələrlə yanaşı, elmi faktlara və arqumentlərə əsaslanmalıyıq. Beləliklə, menstruasiya zamanı cinsi əlaqə olarmı? Və ya olmazmı? Bu məsələni bir qədər araşdıraq.

Aybaşı zamanı cinsi əlaqə olarmı – infeksiyalara yoluxma riski

Məlumdur ki, menstruasiya zamanı cinsi yolla keçən infeksiyalara tutulma ehtimalı yüksəlir. Çünki aybaşı dövründə uşaqlıq boynunda qoruyucu selik olmur. Bu selik normalda anticisimlərlə (immunoqlobulinlər) zəngin olub, müdafiə funksiyası daşıyır.

Menstruasiya vaxtı uşaqlıq boynu bir qədər genişləndiyindən mikroorqanizmlərin orqanizmə daxil olması asanlaşır. Menstrual axıntılar törədicilər üçün qidalı mühit sayılır. Belə hallar cinsiyyət orqanlarının iltihabi xəstəliklərinə, hətta uşaqlıq borularının keçiriciliyinin pozulmasına şərait yaradır. Bu patologiyalar sonsuzluğun səbəbləri arasında ön sıralarda dayanır.

Uşaqlıq yolunun turşuluğunun artması isə qadınlarda göbələk xəstəliyinə gətirib çıxarır.

 

Aybaşı zamanı intim yaxınlıq olarmı – cinsi istəyin yüksəlməsi

Qadınlarda libido (cinsi həvəs) ovulyasiya zamanı maksimal səviyyəyə çatır. Sonra tədricən azalaraq, menstruasiyanın başlanğıcında minimuma enir.

Lakin son araşdırmalarda menstruasiya vaxtı əksər qadınlarda libidonun yüksəlməsi aşkarlanmışdır. Bu isə kiçik çanaq orqanlarında qan axınının sürətlənməsinin uşaqlığın həssaslığının artmasına səbəb olması ilə izah edilir.

Aybaşı zamanı cinsi əlaqə olarmı foto

Aybaşı zamanı cinsi əlaqə olarmı – hamiləlik riski

Menstrual tsiklin ilk günlərində hamiləlik ehtimalı demək olar ki, yox səviyyəsindədir. Lakin bu kontraseptivdən (prezervativ) imtina etməyə əsas vermir. 21-26 günlük qısa tsiklin 4-5-ci sutkasında qorunmadan cinsi əlaqə baş verdikdə, hamiləlik riski artır.

Aybaşı tsikli hər zaman eyni olmur. Belə ki, 28-30 günlük tsiklin 12-14-cü günü ovulyasiyaya təsadüf edildiyi halda, 21-26 günlük qısa tsiklda ovulyasiya menstruasiyadan dərhal sonra baş verir.

Spermatozoidlər isə 3-5 gün yaşama qabiliyyətinə malikdir. Bu səbəbdən qeyri-stabil, xüsusilə qısa tsikli olan qadınlarda aybaşı boyu cinsi yaxınlıq hamiləliklə nəticələnə bilər.

Menstruasiya zamanı cinsi əlaqə olarmı – aybaşı ağrıları və qanaxma

Aybaşı vaxtı intim yaxınlıq sonrası ağrıların azalması tamamilə yalnış fikirdir. İntim əlaqə əsnasında hormonların təsirindən uşaqlıq yığılmaları intensivləşir, spazm artır. Buradan belə nəticəyə gəlinir ki, aybaşı vaxtı cinsi əlaqə ağrıları azaltmır.

İntim yaxınlıq zamanı qadın orqanizmində oksitosin ifraz olunur. Bu hormon uşaqlıq yığılmalarını gücləndirərək, onun selikli qişasının daha tez soyulmasını təmin edir. Qanaxmanın miqdarı artır, aybaşı günləri qısalır.

Aybaşı zamanı cinsi əlaqə olarmı şəkil

Aybaşı zamanı cinsi əlaqə olarmı – partnyorla uzlaşma

Bir çox qadınların fikrincə menstruasiya zamanı intim əlaqə cinsi partnyoru iyrəndirə bilər. Bu səbəbdən onlar müxtəlif bəhanələrlə seksdən imtina edirlər. Soyuqluq çox vaxt cütlüklər arasında psixo-emosional gərginliyə səbəb olur.

Keçirilən sorğularda kişilərin 67%-i qadınla aybaşı zamanı intim yaxınlıq istəmədiklərini, iyrənməsələr belə diskomfort hiss etdiklərini bildirmişlər. 14%-i bunun onlar üçün problem olmadığını, 19%-i isə cinsi əlaqəyə neytral yanaşdıqlarını, yəni əgər qadın istəyərsə, qorunaraq yaxınlığın mümkünlüyünü söyləmişlər.

Aybaşı zamanı cinsi əlaqəyə girmək olarmı?

Seks əleyhinə daha bir arqument də vardır ki, aybaşı zamanı intim əlaqəyə girərkən yataq örtükləri çirklənir. Bu qadında narahatlıq və utanc hissi yaradır. Belə halın baş verməməsi üçün aybaşı zamanı açıq rəngli yataq dəstlərini tünd dəstlərlə əvəz etmək tövsiyə olunur.

Son olaraq qeyd edək ki, menstruasiya vaxtı intim əlaqə qadında həm diskomfort törədə, həm də cinsi yolla keçən infeksiyalara yoluxma riskini artırır. Seçimi yenə də Sizin öhdənizə buraxırıq.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
4.6/5 - (8 votes)