Aybaşı pozğunluğu nədən ola bilər?

26 Sentyabr 2019 Kateqoriya: Aybaşı pozğunluğu Müəllif:
Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 6281
Aybaşı pozğunluğu nədən ola bilər? şəkil
4.3/5 - (31 votes)

Qadınlar kritik günlərin ağır keçməsi və aybaşı gecikməsi səbəbindən ginekoloqa tez-tez müraciət edirlər. Bəzən bu narahatlığın əsassız, bəzən isə əksinə, çox ciddi problem olması üzə çıxır.

Aybaşı pozğunluğu nədən ola bilər – hamiləlik

Menstruasiya gecikməsi halında ilk və ən önəmli addım hamiləliyi inkar etməkdir. Bunun üçün aptekdən test alınır və ya daha dəqiq üsul – hamiləlik analizi aparılır.

 

Aybaşı pozğunluğu nədən ola bilər? – daha ətraflı

Tsikldə disbalans onun periodikliyi və davamiyyəti pozulduqda əmələ gəlir. Qeyri-müntəzəm tsikli olan qadınlarda menstruasiyanın davam etmə müddətini təxmin etmək çətindir.

Belə pozulmalar demək olar ki həmişə patologiya kimi qəbul edilir. Həmçinin bu hal hamiləliyin erkən diaqnostikasını çətinləşdirir. Aybaşı tsikli orta hesabla 21-35 gün davam edir. 28 günlük tsikl ideal sayılır. 60-70 gündən artıq müddətdə menstrual axıntıların rast gəlinməməsi ciddi pozğunluqlardan xəbər verir.

Aybaşı qanaxması normada 3-7 gündür. Güclü qanaxma və ya aybaşı qanının az olması patologiya əlamətidir. Belə vəziyyətlərdə mütləq ginekoloqa müraciət etmək lazımdır.

Aybaşı pozğunluğu nədən ola bilər? şəkil 5

Aybaşı pozğunluğu nədən ola bilər – səbəbləri

  • Yeniyetməlik dövrü;
  • Stress və gərginlik;
  • İrsi meyllik;
  • İqlim dəyişikliyi;
  • Aclıq və ya ağır pəhrizlər;
  • Fiziki gərginlik və intensiv məşqlər (məsələn, müəyyən zaman fasiləsindən sonra birdən-birə ağır məşqlərə qayıtmaq);
  • Bəzi dərman vasitələrinin qəbulu;
  • Hormonal tərkibdə olmayan uşaqlıqdaxili spiralın orqanizm tərəfindən yad cisim kimi qəbul edilməsi;
  • İntim həyatda dəyişiklik (cinsi əlaqənin tezliyinin birdən-birə artması və ya zəifləməsi);
  • Zərərli vərdişlər;
  • Endokrinoloji problemlər;
  • Cinsiyyət orqanlarının xoş və bədxassəli şişləri (yumurtalığın kistası, mioma, fibroma və s.);
  • Endometrioz;
  • Tibbi abortlar və düşük.

Aybaşı pozğunluğu nədən ola bilər? şəkil 3

Yay tətilindən sonra aybaşı pozğunluğu nədən ola bilər?

Yayda xarici ölkələrə getməyə can atırıq. Hava uçuşları, tanış olmayan qidalar, fiziki gərginlik əksər hallarda aybaşı pozğunluğu yaradır. Lakin bu hal müvəqqəti olub, tezliklə siklin öz-özünə normallaşması müşahidə edilir. Menstrual tsikl 2 ay ərzində tənzimlənmədikdə ginekoloqla əlaqə saxlamaq lazımdır.

Daimi xarakterli aybaşı pozğunluğu nədən ola bilər?  

Tsiklin ildə 2 dəfədən çox pozulması daimi aybaşı pozğunluğu kimi qeyd edilir. Onun əlamətləri aşağıdakılardır:

  • Menstrual tsiklin müddətinin tez-tez dəyişməsi;
  • Menstrual axıntının gur olması
  • Amenoreya – aybaşının 6 ay və daha uzun müddətdə müşahidə edilməməsi.

40 yaşdan sonra premenopauza (klimaksönü) dövründə belə hallar tez-tez baş verir. Həmçinin yeniyetmələrdə cinsiyyət sisteminin işə düşməsi zamanı tsikl tənzimlənənə qədər 1-2 il ərzində aybaşı pozğunluğu aşkarlana bilər. Bu isə tam normal sayılır.

Aybaşı pozğunluğu nədən ola bilər? şəkil 1

Aybaşı pozğunluğu necə müalicə olunur?

Adətən ginekoloqun konsultasiyası, kiçik çanaq orqanlarının ultrasəs müayinəsi, hormonal analizlərdən sonra aşağıdakı preparatlar təyin olunur:

  • Alqomenoreya (ağrılı aybaşı) zamanı – ağrıkəsicilər;
  • Cinsiyyət sisteminin infeksion-iltihabi xəstəliklərində – antibiotiklər;
  • Endokrin pozğunluqlarda – hormonal preparatlar;
  • Sakitləşdirici dərmanlar, adaptogenlər;
  • İmmunostimulyatorlar;
  • Vitaminlər, xüsusiilə E vitamini.

Xroniki yorğunluq olduqda həyat tonusunu yüksəldən preparatlar müsbət nəticə verir. Lakin bu vasitələr mütləq həkim tərəfindən təyin edilməlidir.

Aybaşı pozğunluğu nədən ola bilər – bu problemlə hansı mütəxəssis məşğul olur?

Menstrual tsiklin bərpası üçün ona səbəb olan bütün faktorları aradan qaldırmaq lazım gəlir. Ağrılı aybaşı zamanı kor-koranə ağrıkəsici içmək əvəzinə, onu törədən amili üzə çıxarmaq və uzaqlaşdırmaq məqsədəuyğundur. Bütün bu problemlərlə ginekoloq məşğul olur.

Ginekoloji orqanlar sağlamdırsa, aybaşı pozğunluğu nədən ola bilər?

Bəzən aybaşı pozğunluğu hipofizdə adenoma, süd vəzi xəstəlikləri, autoimmun tiroidit, şəkərli diabet fonunda baş verir. Belə vəziyyətlərdə əlavə laborator və instrumental müayinələrlə (USM, EEQ, rentgenoloji müayinə, MRT və s.) tsikl pozğunluğunun səbəbini təyin etmək mümkündür.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
4.3/5 - (31 votes)