Qadın xəstəliklərinin təbii müalicəsi
Qadın cinsiyyət orqanı xəstəlikləri müxtəlif üsullarla müalicə olunur. Bunlardan biri də xalq təbabətidir. Qadın xəstəliklərinin təbii müalicəsi üçün faydalı reseptlər aşağıdakılardır:
- Qarpız. Uşaqlıq qanaxmaları zamanı qarpız tumlarını əzib, süd ilə qarışdırın və için.
- Üzüm. Təzə gilələri yeyin. Quru üzüm tumlarını toz halına gətirib, uşaqlıq qanaxmalarında 2-4 gün daxilə qəbul edin.
- Dəfnə. 80 ədəd quru yarpaqları xırdalayıb, 1 litr suya qatın. 15 dəqiqə qaynadın, soyudun. Qaynadılmış soyuq su ilə qarışdırın. Qadın xəstəliklərinin, məsələn, uşaqlıqda iltihabi proseslərin təbii müalicəsi üçün oturma vannalarından istifadə edin.
- 30 qram quru xırdalanmış dəfnə yarpaqlarını 200 qram günəbaxan yağı ilə qarışdırıb qaynadın. Soyuduqdan sonra 3-5 gün saxlayın. Menstruasiya gecikməsi zamanı kefir, çay və ya süd ilə gündə 10-15 damcı için.
- Baş soğan. 2 stəkan xırdalanmış soğanı 0.5 litr arağa qatıb, 7 gün saxlayın. Aybaşı gecikməsi zamanı gündə 2-3 dəfə yeməkdən öncə ¼ stəkan su ilə 1 çay qaşığı qəbul edin.
Qadın xəstəliklərinin təbii müalicəsi: №6-11 reseptlər
- Soğan. 1:1 nisbətində su ilə durulaşdırılmış soğan suyuna qliserin əlavə edin. Trixmononiaz mənşəli vaginitdə tampon formasında istifadə edin.
- Turp. 1:1 nisbətində su ilə durulaşdırılmış turp şirəsini aybaşı gecikməsi və hipomenoreya (menstrual qanın azlığı) zamanı içə bilərsiniz.
- Sarımsaq. 6 aydan artıq aybaşı gecikmələrində 15 damcı sarımsaq suyunu yeməkdən öncə qəbul edin.
- Adi əvəlik (şavel obıknovennıy) təzə və ya suda qaynadılmış formada qidalanma rasionuna əlavə edə bilər. Bu bitki qanaxmaya meyllik olduqda faydalı sayılır.
- Adi kəcəvər (air obıknovennıy). 30 qram xırdalanmış bitkini 1 litr suya qatın. 30 dəqiqə qaynadıb soyudun. Uşaqlıq və yumurtalıqların iltihabi xəstəliklərinin müalicəsi zamanı oturma vannaları kimi istifadə edin.
- Uşaqlıq boynunun eroziyası zamanı aloe şirəsini tampon şəklində uşaqlıq yoluna daxil edə bilərsiniz.
Qadın xəstəliklərinin təbii yolla müalicəsi: №-12-17 reseptlər
- Hündür araliya (araliya manşjurskaya). Klimakterik nevrozda səhər yeməyi və nahar əsnasında dəmləyib 15-20 damcı için.
- Bataqlıq ladan kolu (baqulnik balotnıy). 1 çay qaşığı təzə otu 2 stəkan soyuq su ilə qarışdırıb, 8 saat qapalı qabda saxlayın. Sonsuzluğun müalicəsi məqsədilə gündə 4 dəfə ¼ stəkan qəbul edin.
- Adi zirinc. 30 qram quru kökləri xırdalayıb 1 stəkan suyə qatın. 30 dəqiqə qaynatdıqdan sonra soyudun. Doğuşdan sonra uşaqlıq qanaxmasında saatbaşı 1 xörək qaşığı qəbul edin. Klimakterik qanaxmalarda gündə 3 dəfə 25-30 damcı için. Yumurtalıqların iltihabında gündə 3 dəfə 1 çay qaşığı tətbiq edin.
- Sallaq tozağacı (bereza povislaya). 10 qram quru otu 1 stəkan suya qatıb 15 dəqiqə qaynadın. Soyudun. Aybaşı qanı az gəldikdə gündə 3-4 dəfə 1 xörək qaşığı için.
- Qırmızı meyvəli yemişan (boyarışnik krovavo-krasnıy). 5 qram quru meyvələri 1 stəkan isti suya qatıb, 30 dəqiqə qaynadın. Klimakterik nevrozlarda gündə 3 dəfə 1 xör.qaş. qəbul edin.
- Dərman pişikotu (valerianka lekarstvennaya). 2 çay qaş. quru xırdalanmış otu 1 stəkan su ilə qarışdırıb 15 dəqiqə qaynadın. Klimakterik nevrozda gündə 3-4 dəfə yeməkdən əvvəl 1 xör.qaş. için.
Qadın xəstəliklərinin təbii müalicəsi: №18-24 reseptlər
- Su yoncası (vaxta tryoxlistnaya). 2 çay qaş. bitkini 1 stəkan qaynadılmış qaynar suda 20 dəqiqə saxlayın. Klimakterik nevrozda gündə 2-3 dəfə yeməkdən 15-20 dəq əvvəl ¼ stəkan için.
- Bulaqotu (veronika lekarstvennaya). 2 ç.q quru otu 2 stəkan qaynamış qaynar suya qatıb, 2 saat gözləyin. Uşaqlıq yolunun qaşınması zamanı gündə 4 dəfə yeməkdən sonra ½ stəkan daxilə qəbul edin.
- Ağ söyüd (iva belaya) köklərinin 1 xör.qaş. quru xırdalanmış qarışığını 2 stəkan isti suya əlavə etdikdən sonra 20 dəqiqə qaynadın. Aybaşı qanı çox gəldikdə gündə 3-4 dəfə 1-2 xörək qaşığı için.
Qadın xəstəliklərinin təbii yolla müalicəsi: №21-24 reseptlər
- Adi albalı. Meyvə və yarpaqları quru şəkildə (10 qram) xırdalayın. 1 stəkan suya qatın. 30 dəqiqə qaynadın və soyudun. Aybaşı qanaxması zamanı gün ərzində için.
- Ətirşah (geran luqovaya). 1 xör. qaş. xırdalanmış otu 1 stəkan isti su ilə qarışdırıb 3-5 dəqiqə qaynadın. Daha sonra 1 litr su ilə durulaşdırın. İltihabi ginekoloji proseslərdə uşaqlıq yolunun yuyulması üçün istifadə edin.
- İlanvari qırxbuğum (qoreç zmeyinıy). 20 qr. xırdalanmış otu 1 stəkan suda 30 dəqiqə qaynadın. Uşaqlıq qanaxmalarının müalicəsi məqsədilə gündə 3-4 dəfə yeməkdən əvvəl 1 xör.qaş. için.
- Acı qırxbuğum (qoreç pereçnıy). Aptekdən alınmış ekstraktı gündə 4 dəfə yeməkdən 30 dəqiqə öncə 30-40 damcı için. Mioma, fibroma, abort sonrası qanaxmalarda faydalıdır.
Qadın xəstəliklərinin təbii müalicəsi: №25-30 reseptlər
- Nar. Qurudulmuş qabığı xırdalayıb 2 ç.q. götürün. 1 stəkan isti suya qatın və 30 dəq. qaynadın. Uşaqlıq qanaxmalarında ¼ stəkan olmaqla gündə 2 dəfə için.
- Uca andız (devyasil vısokiy). 1 xör.qaş. qurudulmuş xırdalanmış forrmada 1 stəkan suda 30 dəqiqə qaynadın. Ağrılı aybaşı zamanı yeməkdən 20 dəqiqə əvvəl 1 xör.qaşığı olmaqla 3 dəfə qəbul edin.
- Dərman xəşənbülü (donnik lekarstvennıy). 1 xör. qaş xırdalanmış otu 1 stəkan soyuq suya qatıb, 4 saat saxlayın. Dismenoreya (ağrılı aybaşı), klimakterik nevroz, yumurtalıqların iltihabında ¼ stəkan olmaqla gündə 3 dəfə soyuq çay kimi için.
- Palıd qabığı (dub obıknovennıy). 20 xırdalanmış quru kökləri 1 stəkan qaynar suda 30 dəq. qaynadın. Uşaqlıq boynunun eroziyasında, uşaqlıq sallanmasında, cinsi infeksiyalarda gündə 2 dəfə ½ stəkan daxilə qəbul edin.
- Adi qaraqınıq (duşiça obıknovennaya) 10 qr. quru otu 1 stəkan qaynar suya qatıb 30 dəq saxlayın. Amenoreya (6 aydan artıq aybaşı yoxluğu), aybaşı ağrıları, klimaks zamanı gündə 3-4 dəfə isti formada yeməkdən 20 dəq əvvəl ½ stəkan için.
- Göyümtül böyürtkən (yejevika sizaya). Təzə meyvələrin çayı klimakterik nevrozda xeyirlidir.
Qadın xəstəliklərinin təbii müalicəsi: №31-35 reseptlər
- Adi dazı (zveroboy prodıryavlennıy). 3 xör.qaş. xırdalanmış otu 1 stəkan qaynamış suya qatıb 2 saat termosda saxlayın. Amenoreya, aybaşı qanaxmasının müalicəsi üçün gündə 3 dəfə ½ stəkan yeməkdən əvvəl için.
- Adi başınağacı (kalina obıknovennaya) 15 qr. quru otu 2 stəkan qaynar suya qatıb, 30 dəqiqə qaynadın. Fibromioma mənşəli qanaxmalarında, aybaşı ağrılarında, düşük təhlükəsi zamanı gündə 3 dəfə 1 xör.qaş. istifadə edin.
- İkievli gicitkan (krapiva dvudomnaya). Yarpaqlarının dəmləməsi içilir. 2 xör.qaş quru otu 1 stəkan qaynar su ilə qarışdırıb 10 dəq saxlayın. Aybaşı gecikməsi, ağrılı menstruasiya, uşaqlıq qanaxmalarının müalicəsi məqsədilə gündə 3 dəfə 1 xör.qaş. qəbul edin.
- Dərman sincanotu (krovoxlebka lekarstvennaya). 2 xör.qaş. xırdalanmış quru otu 1 stəkan isti suya qatıb, 30 dəq. qaynadın. 10 dəq. soyudun. Daha sonra 1.5 litr soyuq su ilə durulaşdırıb, iltihabi xəstəliklərdə uşaqlıq yolunun yaxalanması məqsədilə istifadə edin.
- Sarı nelufər (kubışka jeltaya). 1 xör.qaş. doğranmış otu 1 stəkan suda 20 dəq. qaynadın. Soyudub su ilə durulaşdırın. Ümumi həcm 1.5 litr olmalıdır. Qadınlarda göbələk xəstəliyində intim bölgənin yaxalanması üçün istifadə edin.
Qadın xəstəliklərinin təbii müalicəsi: №36-40 reseptlər
- Qarağacyarpaq quşqonmaz (labaznik vyazolistnıy). 20 qr. quru otu 1 litr isti suda 30 dəq qaynadın. Uşaqlıq yolunun yuyulmasında tətbiq edin.
- Düzqalxan qaytarma (lapçatka pryamostoyaçaya) 1 xör.qaş. otu 1 stəkan suda yarım saat qaynadın. Uşaqlıq qanaxmaları, aybaşı ağrılarında gündə 3 dəfə yeməkdən əvvəl 1 xör.qaş. için.
- Sirkən (lebeda raskidistaya). 4 xör. qaş. otu 1 stəkan isti suda 15 dəqiqə qaynadın. Aybaşı qanının az gəlməsi zamanı gündə 3 dəfə yeməkdən əvvəl 1 xör.qaş. için.
- Ürəkvari cökə (lipa serdçevidnaya). Klimaks dövründə gündə 3 dəfə ½ stəkan qəbul edin.
- Dəvədabanı (mat i maçexa). Yarpaqlarının çayından uşaqlıq yolunun iltihabının müalicəsi zamanı intim zonanın yuyulmasında istifadə edin.
Sizi qadın xəstəliklərinin təbii yolla müalicəsi üçün effektiv və faydalı reseptlərlə tanış etdik. Onları tətbiq etməzdən əvvəl müalicə həkiminizlə məsləhətləşin.
Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
Oxşar mövzuları oxuyun: